Feminizm (lat. femina — qadın) — məqsədi qadına qarşı ayrıseçkiliyin aradan qaldırılması olan cəmiyyətin bütün sahələrində qadın hüquqları uğrunda bir hərəkəti izah edən bir termin. Bu hərəkat XVIII əsrdə klassik liberalizm dalğasında meydana gəldi, lakin 1960-cı illərin sonlarından etibarən daha da gücləndi. Feministlər, nəzəri əsaslandırma əsasında qadınların tabe mövqeyini, kişilərlə bərabər olmayan sosial vəziyyətini dərk edən və qadın azadlığı ideyasını dəstəkləyənlərdir (lat. emancipatio — asılılıqdan qurtulma). Cinslər bərabərsizliyinin təhlilinə və qadınların hüquq və mənafelərinin qorunmasına diqqət çəkərək hakim sosial münasibətləri tənqid edirlər[1].